18 may 2011 00:01
Mövsümün son turuna dörd prinsipial, iki formal oyunla
Bu gün Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, cari mövsümün yekun turunun oyunları da iki gün ərzində keçiriləcək.
Həmişəkindən fərqli çərşənbə günü və cümə axşamı baş tutacaq son turun ilk oyun günündə birinci, ikinci oyun günündə isə digər altılıq komandaları meydana çıxacaqlar. Bu üzdən də əsas diqqətlər ilk oyun gününün oyunlarına yönələcək. Axı ilk altılıq çərçivəsində keçiriləcək hər 3 oyun həm turnir cədvəli, həm də avrokuboklara vəsiqə baxımından böyük əhəmiyyət daşıyır.
Mövsümün qapanış turuna paytaxt derbisi ilə start veriləcək. Cari mövsümü tamamilə boşa verən “Bakı” mərkəzi arenada “İnter”i qəbul edəcək. Aleksandr Starkovun komandası üçün bu oyunun heç bir prinsipial əhəmiyyəti qalmasa da, onlar sadəcə imic xatirinə mövsümə qələbə ilə yekun vurmağı hədəfləyə bilər. Əks düşərgədə isə vəziyyət tam fərqlidi. Məsələ burasındadı ki, avrokuboklara vəsiqə qazanmaq şansı qalan “bankirlər” AZAL-ın “Qarabağ”la oyunda xal itirəcəyinə ümid bəsləyərək mütləq qələbə qazanmağa çalışacaqlar. Məhz bu halda “İnter” Avropa Liqasına vəsiqəni təmin edə bilər.
Düzdü, Premyer Liqamızda dördüncü pillə heç də Avropa Liqasına vəsiqə verən yer deyil. Sadəcə məsələ burasındadı ki, çempionatda iki və ya üçüncü yerlərdən birini tutacağı dəqiqləşən “Xəzər Lənkəran” həm də Azərbaycan kubokunun finalına yüksəlib. Həmin turnirin qalibi olacağı halda cənub təmsilçisi Avroliqaya vəsiqəni məhz kubokdan əldə etmiş olacaq. Belədə, avtomatik olaraq Premyer Liqanın dördüncüsü olacaq komanda çempionatdan Avroliqaya vəsiqəyə sahib çıxacaq. Əlbəttə, “İnter” XL kimi bu vəsiqəyə kuboku qazanmaqla da sahib çıxa bilər. Lakin Premyer Liqada dördüncü yeri bu komanda yox, AZAL tutsa, o zaman həmin vəsiqə məhz “təyyarəçilər”ə qismət olacaq. Odu ki, ötən mövsümün çempionu hər ehtimala qarşı avrokuboklara vəsiqəni sığortalamalıdı.
Günün digər iki prinsipial qarşılaşması isə eyni saatda start götürəcək. AZAL “Qarabağ”ı qəbul edəcəksə, “Neftçi” də “Böyük oyun” çərçivəsində “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Bəribaşdan onu qeyd edək ki, “Bakı” – “İnter” matçının ardınca “Neftçi” – “Xəzər Lənkəran” görüşü də mərkəzi arenada oynanılmış olacaq. Bu qarşılaşma artıq bir neçə tur öncə çempionluğunu təmin etmiş paytaxt klubu üçün o qədər də vacib əhəmiyyət kəsb etmir. Arif Əsədovun komandası sadəcə əzəli rəqiblə dueldə imic xatirinə qələbə qazanmağa çalışacaq. Axı bu komandanın azarkeşləri cari mövsümdə baş tutan görüşlərdə “Xəzər Lənkəran” üzərində bir dənə də olsun qələbə qazanılmamasından narazıdılar. Onlar çempionluğu daha layiqli hesab etmək üçün mövsümün son “Böyük oyun”unda cənub təmsilçisi üzərində mütləq qələbə qazanılmasını tələb edirlər.
“Neftçi”nin qələbə qazanması üçün əsas üstünlüyü sadəcə meydan amili ola bilər. Hər halda qarşılaşma Lənkəranda yox, Bakıda keçirilir və “ağ-qaralı” tərəfdarlar komandalarından görmək istədikləri qələbənin gerçəkləşməsi üçün lazımı dəstəyi göstərmək imkanına malikdilər. Lakin paytaxt klubunun baş məşqçisi son oyunlara heç də əsas heyəti çıxarmadığından bu dəfə nə dərəcədə döyüşkən heyətlə mübarizə aparmalarından çox şey asılı olacaq. “Xəzər Lənkəran” üçün isə bu görüş ikiqat əhəmiyyətə malikdi. Birincisi, heç bir vacib əhəmiyyət daşımasa da, “Neftçi” ilə oyunların prinsipiallığı bu qarşılaşmanın gərgin keçəcəyindən xəbər verir. Amma bu görüş həm də Mirça Rednikin yetirmələrinin gümüş medalları təmin etməsi üçün vacib əhəmiyyət daşıyır. Axı məhz qələbə qazanacaqları halda “Xəzər Lənkəran” cari mövsümün gümüş medallarına sahib çıxacaq. Baxmayaraq ki, Lənkəran klubu “Böyük oyun”da məğlub olsa da belə, “Qarabağ”ın da turu xalsız başa vuracağı halda, ikinci pillədəki mövqeyini qoruya bilər.
Amma hər halda Ağdam klubu da mübarizəsini sona kimi davam etdirəcək. Qurban Qurbanovun komandası da “Xəzər Lənkəran”ın xal itirməsinə ümid etməklə yanaşı, AZAL-la səfər matçını qələbəylə başa vurmağa çalışacaq. Belə olan halda gümüş medallar məhz “Qarabağ”a qismət olacaq. Amma bir məqam da var ki, Nazim Süleymanovun komandası da dördüncü pilləni tutmaq üçün mübarizə aparır və bu günkü görüşə son şans gözüylə baxır. Düzdü, “İnter” “Bakı”ya uduzsa, AZAL-ın “Qarabağ”la matçı tam formal xarakter daşıyacaq. Əks halda, paytaxt klubu Ağdam təmsilçisi ilə oyunda da “İnter”in nəticəsini təkrarlamağa borclu olacaq: “bankirlər ”qələbə qazanarsa, qələbə üçün, heç-heçə edərsə, 1 xal üçün mübarizə aparmaq lazım gələcək.
Cari mövsümə sabah keçiriləcək ikinci altılıq oyunlarıyla yekun vurulacaq. Hər üç qarşılaşma eyni saatda start götürəcək. MOİK – “Turan”, eləcə də “Simurq” – “Gəncə” qarşılaşması demək olar ki, heç bir əhəmiyyət kəsb etmir. Yalnız “Qəbələ” – “Muğan” qarşılaşması bir məqama görə xüsusi diqqət mərkəzində olacaq. Çünki ikinci altılığın lideri olan Toni Adamsın komandası bu mövqeyini qorumaq üçün Salyan təmsilçisini məğlub yola salmalıdı. Baxmayaraq ki, qarşılaşma heç də Qəbələdə yox, artıq uzun müddətdi ev oyunlarını “Şəfa”da keçirən “Muğan” üçün dogma meydanda baş tutacaq.
Premyer Liqa
32-ci tur
18 may (çərşənbə)
Bakı - İnter
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
AZAL - Qarabağ
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00.
Neftçi - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
19 may (cümə axşamı)
MOİK - Turan
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Akif Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00.
Simurq - Gəncə
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
Qəbələ - Muğan
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
|
1
|
Neftçi
|
31
|
19
|
9
|
3
|
52-16
|
66
|
|
2
|
Xəzər Lənkəran
|
31
|
16
|
11
|
4
|
37-17
|
59
|
|
3
|
Qarabağ
|
31
|
17
|
7
|
7
|
40-19
|
58
|
|
4
|
AZAL
|
31
|
12
|
10
|
9
|
33-27
|
46
|
|
5
|
İnter
|
31
|
12
|
10
|
9
|
28-24
|
46
|
|
6
|
Bakı
|
31
|
10
|
10
|
11
|
33-31
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
31
|
12
|
12
|
7
|
29-17
|
48
|
|
2
|
Muğan
|
31
|
13
|
8
|
10
|
28-29
|
47
|
|
3
|
Gəncə
|
31
|
8
|
12
|
11
|
30-33
|
36
|
|
4
|
Turan
|
31
|
7
|
6
|
18
|
23-43
|
27
|
|
5
|
Simurq
|
31
|
3
|
7
|
21
|
16-49
|
16
|
|
6
|
MOİK
|
31
|
3
|
6
|
22
|
10-54
|
15
|
Bombardirlər:
17 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
