17 may 2011 11:13
Bakı çempionluq kubokuna bu gün qovuşacaq
2010/2011-ci il mövsümü üçün Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında Azərbaycan çempionunun "Bakı" olduğunu artıq bilirsiz. Azerisport.az xəbər verir ki, paytaxt klubuna bu gün Peşəkar Futbol Liqası tərəfindən çempionluq kuboku təqdim olunacaq.
Bir neçə tur öncə çempionluğunu təmin etmiş paytaxt təmsilçisinə çempionluq kuboku klubun bazasında keçiriləcək "Turan"la oyundan sonra veriləcək.
