17 may 2011 11:38

Vüqar Nadirov: Qəbələ Qarabağ`dan da sərfəli müqavilə təklif edirdi

Ağdamın “Qarabağ” klububun və millimizin hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində hazırkı komandasıyla müqaviləsini yeniləməsindən, Premyer Liqanın son turunun AZAL ilə həlledici oyunundan, eləcə də millimizin qarşıdakı görüşlərindən danışıb.
 
- “Qarabağ”la müqavilənizi nə vaxt yenilədiniz?
- Mən öz razılığımı bir neçə gün öncədən vermişdim. Prinsipcə, komandanı tərk etməyi planlaşdırmırdım da. Çünki bura mənə doğmadı. Özü də mən özüm Ağdamdanam. Şənbə günü yeni iki illik müqavilə imzaladım. Çox şadam ki, komandada qaldım.
 
- “Qəbələ” də sizin xidmətinizdə maraqlıydı. Onların variantına baxdınız?
- Mənə başqa təkliflər var idi. Amma onlarına adlarını açıqlamaq istəmirəm. Sadəcə mən özüm “Qarabağ”dan getmək istəmirdim. Hətta maliyyə baxımından da daha sərfəli təkliflər var idi. Lakin hazırda pul mənim üçün o qədər də vacib əhəmiyyət kəsb etmir. Mənim üçün oyunçuların gözüyumulu ötürmə verə biləcəyi komandada oynamaq daha çox vacibdi.
 
- Növbəti turda AZAL-la qarşılaşacaqsız. Motivasiya baxımından problem olmayacaq?
- Xeyr, biz ikinci yeri tutmağa çalışırıq. Eyni zamanda “Neftçi” – “Xəzər Lənkəran” matçında baş verənləri də izləməli olacağıq. Qoy güclü qalib gəlsin, amma bizim üçün daha çox “Neftçi”nin udması vacibdi.
 
- Amma rəqibiniz də dördüncü pillədəki yerini qorumaqla avrokuboklara ümid bəsləyir...
- AZAL çox güclü komandadı. Odu ki, bu qarşılaşmanın hər iki komanda üçün vacib əhəmiyyət daşıdığı aydın məsələdi.
 
- Avrokuboklarda ən azı ötənmövsümkü uğurunuzu təkrarlamağınız tələb olunacaq ki, bu da çox güman minimum vəzifə kimi qarşıya qoyulacaq...
- Hələlik Avropa Liqası haqda düşünmək tez olardı. Bəli, biz çox istəyirik ki, təsnifat mərhələsinin sonuna kimi irəliləyək. Həmçinin nəhayət qrup mərhələsinə vəsiqə qazanmağı da çox istərdik. Axı son iki mövsümdə biz məhz son mərhələdə dayanmışıq. Bu dəfə niyə də buna nail olmayaq?
 
- Hələlik rəhbərlik avrokuboklardakı vəzifələrdən danışmayıb?
- Bu haqda çox güman ki, cari mövsümün yekunlarından sonra danışacağıq. Hələ indidən nəsə danışmaq tezdi. Amma açığı hazırda Qazaxıstan və Almaniya ilə seçmə mərhələ oyunları daha vacibdi. Bu oyunlar Azərbaycan millisinin bu mövsüm üçün ən önəmli qarşılaşmaları ola bilər.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.