17 may 2011 11:44
Bakı mövsümün son matçına itkilərlə hazırlaşır
“Bakı” Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçiriləcək “İnter”lə mövsümün son oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün saat 12:00-da Aleksandr Starkovun yetirmələri klubun təlim-məşq bazasında keçirdikləri bir məşqlə kifayətləniblər.
Fiziki təmrinlər və toplu çalışmalar üzərində qurulan məşq sonda yüngül qaçışla yekunlaşıb.
“Bakı”nın məşqində 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev, habelə zədəsi səbəbindən mövsümü erkən bitirən Ernad Skuliç iştirak etməyiblər. Səhhətində problem olan Xalidu Sissoko komandadan ayrı məşq keçib.
Qeyd edək ki, bu gündən etibarən mövsümü çempionluqla nöqtələyən əvəzedici komandamızın üzvü Şəhriyar Əliyev əsas komandaya cəlb olunub. O, əvəzedicilərin aparıcı üzvlərindən biri olmqla bərabər əksər oyunlarda komandanı kapitan sarğısı ilə meydana çıxarıb.
