17 may 2011 00:15
Galatasaray`ın yeni prezidentindən Fatih Terimə rəsmi təklif
Baş məşqçi proeblemini həll etmək istəyən Türkiyənin "Galatasaray" klubunun yeni rəhbərliyi əməli fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, dünən “sarı-qırmızılar”ın yeni prezidenti Ünal Aysal köməkçisi Ali Dürüstlə birlikdə Fatih Terimlə görüşüb.
Ali Dürüst Türkiyə mətbuatına açıqlamasında xəbəri təsdiqləyib. O, Fatih Terimlə ortaq hədəflərinin "Galatasaray"ın uğurları olduğunu bildirib: "Fatih Terim ailə durumu ilə bağlı olaraq Türkiyədə çalışmayacağını açıqlamışdı. Ancaq bizim görüşümüz yaxşı keçdi. Amma hələ ki, konkret bir şey yoxdu".
Ali Dürüst mayın 18-də rəsmən fəaliyyətə başlayacaqlarını və bundan sonra Fatih Terimlə danışıqları davam etdirəcəklərini bildirib.
