17 may 2011 00:20
Əsgər Abdullayev Turan`da
Azərbaycan millisinin, eləcə də AZAL-ın sabiq baş məşqçisi Əsgər Abdullayevin işsiz günləri başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis cari mövsüm bir neçə dəfə baş məşqçi dəyişikliyinə əl atan “Turan”la razılığa gəlib.
Belə ki, Tovuz klubunu bundan sonra məhz Abdullayev çalışdıracaq. Onun cari mövsüm başa çatan kimi fəaliyyətə başlayacağı iddia edilir. Əldə etdiyimiz bilgiyə görə, Əsgər Abdullayevlə bir illik müqavilə bağlanılacaq.
Maraq üçün sonda onu da xatırladaq ki, Əsgər Abdullayev vaxtilə "Olimpik-Şüvəlan" adlanan hazırkı AZAL klubunu 2009-cu ilin noyabr ayında tərk edib və həmin dövrdən etibarən işsiz idi.
