17 may 2011 12:35
Xəzər Lənkəran yenə azarkeşlərinə görə ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın 31-ci turunun “Gəncə” – “Qəbələ” matçın 31-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Pavel Doroşev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Bakı” matçının 37 və 40-cı dəqiqələrində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
