18 may 2011 12:58
Sadıqov Çempionlar Liqasının finalında
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov Çempionlar Liqasının final matçını izləyəcək. Azerisport.az xəbər verir ki, mayın 28-də İngiltərənin “Manchester United” və İspaniyanın “Barcelona” klubları arasında baş tutacaq həlledici oyunu izləyənlər arasında həmyerlimiz də olacaq.
Qeyd edək ki, Sadıqov hazırda Rusiyanın “Anji” klubunun məşqçilər korpusunda yer alır. Mahaçqala klubunun rəhbərliyi Çempionlar Liqasının final matçını izləmək üçün fürsəti komandanın bütün üzvlərinə yaradıb. Bu hədiyyədən yararlananlar arasında Vaqif Sadıqov da olacaq.
