18 may 2011 13:12

Azərbaycan millisi FİFA-nın reytinqində yenə gerilədi

FİFA futbol üzrə dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası reytinq cədvəlində yenə geriləyib.
 
Belə ki, Berti Foqtsun yetirmələri 1 pillə geriləyərək 108-ci yerə düşüb. Hazırda komandamız 288 xala malikdi. Xallarımızda hansısa dəyişiklik olmasa da, geriləmə qaçılmaz olub.
 
Millimizin seçmə mərhələdəki rəqiblərinə gəlincə, 1413 xala malik Almaniya 4-cü pillədəki yerini qoruyub. Türkiyə də 795 xalla 30-cu pillədəki yerini qoruyub. 654 xala malik Belçika da 37-ci yerdə qalıb. Avstriya isə millimiz kimi 1 pillə geriləyib. Bu rəqibimiz hazırda 443 xalla 74-cü yerdə gedir. Yeganə irəliləyən rəqiimiz Qazaxıstan olub. İyunda qarşılaşacağımız bu komanda bir pillə irəliləyərək 151 xalla 139-cu yerdə qərarlaşıb.
 
Bütövlükdə isə, reytinq siyahısına son dünya çempionu İspaniya başçılıq edir (1857 xal). Hollandiya (1702) ikinci, Braziliya isə (1425) üçüncü pillədəki mövqeyini qorumağı bacarıb. Dördüncü yer almanlara məxsus olduğu halda, ilk onluqda qalan yerlərdə də ciddi dəyişiklik baş verməyib: Argentina beşinci (1267), İngiltərə altıncı (1163), Uruqvay yeddinci (1094), Portuqaliya səkkizinci (1052), İtaliya doqquzuncu (1019), Xorvatiya isə (991) onuncu pillədəki mövqeyini qoruyub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.