18 may 2011 13:33
Azərbaycan Rusiya, Portuqaliya və Argentinanı geridə qoydu
FİFA futzal üzrə də yığma komandaların reytinq siyahısını yeniləyib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi hazırda 1346 xalla 13-cü yerdə qərarlaşıb.
Komandamız Tailanddan cəmi 2 xal geri qalıb. Ən yaxın izləyicimiz isə Çexiyadı. Bu komandanın
1333 reytinq xalı var.
Maraq üçün qeyd edək ki, bütövlükdə reytinq siyahısına 1978 xalla İspaniya yığması başçılıq edir. İkinci yerdə gedən Braziliyanın 1959, üçüncü pillədəki İtaliyanın isə 1747 reytinq xalı var.
Maraq üçün onu da qeyd edək ki, Azərbaycan millisinin qabaqladığı komandalar arasında Rusiya, Portuqaliya, İran, Argentina, Ukrayna, Paraqvay, Serbiya və Yaponiya da var.
Maraq üçün onu da qeyd edək ki, Azərbaycan millisinin qabaqladığı komandalar arasında Rusiya, Portuqaliya, İran, Argentina, Ukrayna, Paraqvay, Serbiya və Yaponiya da var.
