18 may 2011 01:51
Neftçi – Xəzər Lənkəran – 0:2
Premyer Liqanın cari mövsümünün qapanış turunun ən prinsipial oyunlarından olan “Neftçi” – “Xəzər Lənkəran” matçı qonaq komandanın qələbəsi ilə yekunlaşacaq. Azerisport.az xəbər verir ki, bu qərara saytımızda keçirilən sorğuya qatılan oxucularımız gəlib.
Belə ki, “32-ci turun “Neftçi” – “Xəzər Lənkəran” matçı hansı hesabla bitəcək” sualı ilə müraciət etdiyimiz azarkeşlərimizin əksəriyyəti qonaq komandanın 2:0 hesablı qələbəyə sevinəcəyini düşünür. 51 faiz respondent bu dəfəki “Böyük oyun”da məhz bu hesabın qeydə alınacağını iddia edib.
Sorğuya qatılanların 23 faizi isə eyni hesablı qələbəyə sevinən tərəfin “Neftçi” olacağını iddia edib. Digər hesabların qeydə alınması variantların isə inanan bir qədər azdı.
