18 may 2011 02:07
Manchester City Arsenal`ı qabaqladı
İngiltərə Premyer Liqasında 37-ci turun təxirə salınmış bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə İngiltərə Federasiya kubokunun final oyunu ilə əlaqədar təxirə salınan qarşılaşmada “Manchester City” dogma meydanda “Stoke City”ni qəbul edib.
Maraq üçün xatırladaq ki, final qarşılaşmasında da məhz bu iki klub üzə gəlmiş və Mançester təmsilçisi “Stoke City” ilə duelin son dəqiqələrində vurulan qolla İngiltərə Federasiya kubokuna sahib çıxmışdı. Elə bu dəfə də qələbəyə sevinən tərəf məhz “Manchester City” olub. Özü də Tevesin dubla imza atdığı qarşılaşmada meydan sahibləri “Stoke City”nin qapısından 3 cavabsız top keçiriblər.
Bu qələbə sayəsində “Manchester City” əsas rəqiblərindən olan “Arsenal”ı qabaqlayaraq, üçüncü pilləyə yüksəlib.
İngiltərə Premyer Liqası
37-ci turun oyunu
17 may
Manchester City - Stoke City – 3:0
Qollar: Teves, 14; 65, Leskott, 53.
| 1 | Manchester United | 37 | 22 | 11 | 4 | 74 | - | 35 | 77 |
| 2 | Chelsea | 37 | 21 | 8 | 8 | 69 | - | 32 | 71 |
| 3 | Manchester City | 37 | 20 | 8 | 9 | 58 | - | 33 | 68 |
| 4 | Arsenal | 37 | 19 | 10 | 8 | 70 | - | 41 | 67 |
| 5 | Tottenham | 37 | 15 | 14 | 8 | 53 | - | 45 | 59 |
| 6 | Liverpool | 37 | 17 | 7 | 13 | 59 | - | 43 | 58 |
| 7 | Everton | 37 | 12 | 15 | 10 | 50 | - | 45 | 51 |
| 8 | Fulham | 37 | 11 | 15 | 11 | 47 | - | 41 | 48 |
| 9 | Stoke | 37 | 13 | 7 | 17 | 46 | - | 47 | 46 |
| 10 | Bolton | 37 | 12 | 10 | 15 | 52 | - | 54 | 46 |
| 11 | West Bromwich | 37 | 12 | 10 | 15 | 53 | - | 68 | 46 |
| 12 | Newcastle | 37 | 11 | 12 | 14 | 53 | - | 54 | 45 |
| 13 | Aston Villa | 37 | 11 | 12 | 14 | 47 | - | 59 | 45 |
| 14 | Sunderland | 37 | 11 | 11 | 15 | 42 | - | 56 | 44 |
| 15 | Blackburn | 37 | 10 | 10 | 17 | 43 | - | 57 | 40 |
| 16 | Wolverhampton | 37 | 11 | 7 | 19 | 44 | - | 63 | 40 |
| 17 | Birmingham | 37 | 8 | 15 | 14 | 36 | - | 56 | 39 |
| 18 | Blackpool | 37 | 10 | 9 | 18 | 53 | - | 74 | 39 |
| 19 | Wigan | 37 | 8 | 15 | 14 | 39 | - | 61 | 39 |
| 20 | West Ham | 37 | 7 | 12 | 18 | 43 | - | 67 | 33 |
