18 may 2011 14:22
Qəbələ iki oyunçusu ilə yollarını ayırdı
“Qəbələ” mövsümün başa çatmasını gözləmədən iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, növbəti mövsümdə Toni Adamsın komandasının heyətində görməyəcəyimiz oyunçuların kimliyi də bəllidi.
İngiltərəli mütəxəssisin komandada qalmasını istəmədiyi futbolçulara gəlincə, bunlar rumıniyalı Razvan Tarlea, həmçinin argentinalı Kristian Torresdi. Lakin onlarla yanaşı daha üç əcnəbi futbolçunun komandadan gedəcəyi gözlənilir.
