18 may 2011 14:51
Şvaynştayger millimizlə oyunu buraxa bilər
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının yarımmüdafiəçisi Bastian Şvaynştayger Bakıdakı qarşılaşmanı buraxa bilər. Azerisport.az xəbər verir ki, buna onun hazırda zədədən əziyyət çəkməsi səbəb olub.
Almaniya mətbuatının iddiasına görə, Münhenin “Bayern” klubunun təcrübəli futbolçusunun bu üzdən düz 3 qarşılaşmanı buraxacağını iddia edir. Məsələ burasındadı ki, Bastian Azərbaycanla oyuna kimi Uruqvayla mayın 29-da baş tutacaq yoxlama görüşündə, eləcə də iyunun 3-də Qazaxıstanla AÇ-2012-nin seçmə mərhələ oyununda da iştirak etməyə bilər. Bakıdakı qarşılaşma isə iyunun 7-də keçiriləcək.
