18 may 2011 15:05
Berti Foqts bu gün iki oyun izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 32-ci turu çərçivəsində bu gün keçiriləcək iki oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı “Bakı” – “İnter” və “Neftçi” – “Xəzər Lənkəran” oyunlarını stadiondan izləyəcək.
Maraq üçün qeyd edək ki, hər iki sözügedən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sadəcə, “Bakı” – “İnter” oyunu artıq start götürdüyü halda, “Neftçi” – “Xəzər Lənkəran” matçı axşam saat 20:00-da start götürəcək.
