18 may 2011 15:38
Erməni klubunun futbolçusu Lənkərana gəlir
Xəbər verdiyimiz kimi, mayın 31-də Lənkəranda Azərbaycan və Moldovanın gənclərdən ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, rəqibimizin baş məşqçisi Serger Kirilov artıq ölkəmizə gətirəcəyi heyəti də müəyyənləşdirib.
Maraqlıdı ki, onların arasında karyerasını Ermənistanda davam etdirən futbolçu da var. Belə ki, yarımmüdafiəçi Konstantin Mandriçenko “Mika”da çıxış edir.
Moldovalıların ölkəmizə gətirəcəyi heyət isə belədi:
Qapıçılar: Viktor Dimov (Akademiya UTM), Denis Rusu (Rapid Gidiqiç);
Müdafiəçilər: Аleksandru Skripçenko, Vadim Kostandaki (hər ikisi “Şerif”), Мaksim Xovanski (Olimpia), Sergey Dyulger (Tiraspol), Аleksandru Leu, İon Yardan (hər ikisi “Rapid Gidiqiç”);
Yarımmüdafiəçilər: Sandu Ojoq (“Amposta”, İspaniya), Аrtyom Xaçaturov (Şerif), Mihay Platika (Sfıntul George), George Andronil (“Varnamo”, İsveç), George Nikoloqlo (Tiraspol), Mixail Paseçnyuk (Olimpia), Konstantin Mandriçenko (“Mika”, Ermənistan), Radu Ginsari (Akademiya UTM);
Hücumçular: Dimitru Vorsinel (Tiraspol), Тudor Starçuk (Rapid Gidiqiç).
