18 may 2011 16:22
Azərbaycanlı futbolçu Rusiya yığmasında
Moskva "Spartak"nın oyunçusu Emin Mahmudov Rusiya yığmasına çağırılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Rusiyanın 19 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.
Eminin formasını geyinəcəyi Rusiya millisi mayın 19-dan 24-dək Çexiyada keçiriləcək Avropa çempionatının elit raundunda iştirak edəcək. Bu qrupda Çexiya və Rusiya milliləri ilə yanaşı, İsrail və Hollandiya da çıxış edəcək.
Qeyd edək ki, Emin Mahmudovun aprelin 27-də 19 yaşı tamam olub.
