18 may 2011 16:46
Azərbaycan kubokunun qalibi müəyyənləşdi (FOTOLAR)
Bu gün Şağan Olimpiya İdman Kompleksində qızlardan ibarət komandalar arasında Azərbaycan kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda BTİ və Zaqatala komandaları qarşılaşıb. Oyun BTİ komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
