18 may 2011 17:47
Starkov mövsümün son matçını dəyərləndirdi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın baş məşqçisi minimal hesablı məğlubiyyətlə üzləşdikləri qarşılaşmadan sonra bunları dilə gətirib:
“Azarkeşlərimizdən bütün mövsümə görə üzr istəmək istəyirəm. Problemlərimiz mövsümün əvvəlindən sonuna kimi davam etdi. Bu həm oyunumuzda, həm də münasibətlərdə oldu. Komandalar arasında motivasiya fərqi hiss olunurdu. Bu oyun “İnter” üçün vacib olduğu qədər, bizim üçün də önəmli idi. Bərabər səviyyəli oyun getdi, təxmini eyni qol imkanlarımız oldu, lakin biz istifadə edə bilmədik. Rəqibimiz isə istifadə etdi və layiqli qələbə qazandı. “İnter”i təbrik edirəm. Azarkeşlərimizi və klubumuzu layiq olduğu yerlərə qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.
