18 may 2011 17:52
Sxadadze: İndi bizə sadəcə AZAL-ın oyununu gözləmək qalır
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “bankirlər”in baş məşqçisi 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Qələbə bizə çox vacib idi. Ancaq istidə oynamaq çətin oldu. Komandamız psixoloji baxımdan daha üstün idi. Hər iki komanda təhlükəli vəziyyətlər yaratdı. Lakin biz bundan lazımınca istifadə etdik. Bu qarşılaşmaya 3 xal qazanmaq üçün çıxmışdıq. İkinci hissədə heyətdə dəyişiklik nəticəsində oyunumuzda dönüş etdik və bu, boşluqların doldurulması baxımından əhəmiyyətli oldu. Qalib gəldiyimiz üçün çox şadam. Final mərhələsində ilk dəfə qalib gəldik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm. Biz Avroliqaya vəsiqə qazanmaq üçün çempionatda üzərimizə düşəni etdik. İndi hər şey AZAL – “Qarabağ” oyununun nəticəsindən asılıdı. İndi bizə sadəcə AZAL-ın oyununun necə bitəcəyini gözləmək qalır".
