18 may 2011 18:35
Haciyevski Simurq`la mövsüm bitməmiş vidalaşdı
“Simurq”un baş məşqçisi Qyoko Haciyevski “Simurq”la yollarını vaxtından öncə ayırıb. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis komandanı elitada saxlaya bilmədiyi üçün sonuncu turun oyununu gözləmədən Zaqatala klubuyla yollarını ayırmağa qərar verib.
Belə ki, bölgə təmsilçisini sabahkı “Gəncə” ilə oyuna Qyoko Haciyevski çıxarmayacaq. Sözügedən matç ərəfəsində rəhbərliklə görüşüb, istefa qərarını onlara çatdıran çalışdırıcı artıq birinci diviziona düşən “Simurq”da qalmaq istəmədiyini bildirib. Rəhbərlik də heç bir əhəmiyyət daşımayan “Gəncə” ilə oyun qalmasına rəğmən, onun gedişinə şərait yaradıb.
Zaqatala klubunu mövsümün son oyununa Haciyevskinin köməkçisi kimi çalışan Böyükağa Ağayevin çıxaracağı gözlənilir.
