18 may 2011 18:42
Böyük oyunun hakim təyinatları açıqlandı
Premyer Liqanın cari mövsümünün sonuncu - 32-ci turunun bu gün keçiriləcək digər iki oyununa da hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq AZAL - "Qarabağ" və "Neftçi" - "Xəzər Lənkəran" oyunlarının da hakimləri məlumdu.
AZAL - "Qarabağ" görüşünü FİFA referisi Fariz Yusifov idarə edəcək. "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı “Böyük oyun” isə Ramil Diniyevə həvalə olunub.
Premyer Liqa
32-ci tur
18 may
AZAL - Qarabağ
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00.
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
