18 may 2011 22:28
Rednik: Mövsümün ən uğursuz oyunlarından birini keçirdik
Premyer Liqanın cari mövsümünün sonuncu - 32-ci turunun bu gün keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra cənub təmsilçisinin baş məşqçisi Mirça Rednik qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın baş məşqçisi 1:1 hesabıyla başa çatan görüşü belə dəyərləndirib:
“Maraqlı görüş oldu. Bizi sona kimi dəstəkləyən azarkeşlərimizə minnətdarlığımızı bildirirəm. Bugünkü görüşə gəlincə, mövsümün ən uğursuz oyunlarından birini keçirdik. Heç özüm də bilmirəm, komanda niyə belə oynadı. Əgər kubokun finalında da belə oynasaq, məğlub olacağıq. Amma ən əsası odu ki, bu mövsüm "Neftçi" ilə 6 dəfə qarşılaşmışıq və heç vaxt məğlub olmamışıq. Artıq bu oyundan sonra kubokun finalı haqda düşünürük. "Neftçi"nin çempionluğuna kölgə salmaq istəmirəm. Onlar bu mövsüm inamlı çıxış edərək çempion oldular. Rəqibi təbrik edirəm".