18 may 2011 22:34
“Bu oyun da göstərdi ki, biz çempionluğa layiq idik”
Premyer Liqanın cari mövsümünün sonuncu - 32-ci turunun bu gün keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra paytaxt klubunun baş məşqçisi Arif Əsədov qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi 1:1 hesabıyla başa çatan görüşü belə dəyərləndirib:
“Sona üç tur qalmış biz artıq çempionluğumuzu təmin etmişdik. Bu gün biz yaxşı təsir bağışladıq. Baxmayaraq ki, azlıqda qalmışdıq. Bu oyun da göstərdi ki, biz çempionluğa layiq idik. Çempionluğu azarkeşlərə həsr edirəm. Çünki onlar hər zaman komandanın yanında olublar”.