18 may 2011 22:47
Qurbanov: AZAL qələbəni daha çox istəyirdi, nəinki biz
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:3 hesabıyla yenildikləri görüşlə bağlı bunları dilə gətirib:
“İlk dəqiqələrdə yaxşı oynadıq. AZAL da oyuna 3 xal üçün çıxmışdı. Biz də qalib gəlmək istəyirdik. "Neftçi" və "Xəzər Lənkəran"ın heç-heçə etdiyini öyrəndik. Qalib gəlib mövsümü ikinci bitirmək istəyirdik. Bu gün oyunumuz alınmadı. AZAL-a uğurlar arzulayıram, yaxşı oynadılar. AZAL qələbəni daha çox istəyirdi, nəinki biz. Meydançanın ağır olması da oyunumuza öz təsirini göstərdi. Qarşımızda bizi Avroliqada ağır oyunlar gözləyir. Qısa fasilə edib, hazırlıqlara başlayacağıq”.