18 may 2011 23:00
Nazim Süleymanov: Komandam göstərdi ki, Avropa Liqasında oynamağı çox istəyir
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesablı əzmkar qələbələri ilə bağlı bunları dilə gətirib:
“Azərbaycanın ən gözəl futbol oynayan komandası ilə qarşılaşdıq. İlk dəqiqələrdə yaxşı oynamadıq, lakin sonra təşəbbüsü ələ aldıq. Demək olar ki, başabaş oyun oldu, hər iki komanda sonadək mübarizə apardı. Oyunçularımdan razı qaldım, yaxşı oynadılar. Komandamız göstərdi ki, Avropa Liqasında oynamağı çox istəyir. Dostum, qardaşım Qurban Qurbanova və onun komandasına Avroliqada uğurlar arzulayıram. İstər "Qarabağ", istərsə də digər Azərbaycan klublarının Avropada göstərəcəyi nəticə bizim hamımızın sevincidir. Hər şeyin futbolumuz üçün yaxşı olacağına inanıram".