18 may 2011 11:12
FIFA Bakıdakı DÇ-nin oyun günlərini təsdiqlədi
Məlum olduğu kimi, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatı Azərbaycanda təşkil olunacaq. Azerisport.az xəbər verir ki, həmin dünya çempionatının oyun günləri FİFA tərəfindən təsdiqlənib.
Belə ki, dünya çempionatının oyunları 2012-ci il sentyabrın 22-dən oktyabrın 10-dək olan müddətdə keçiriləcək.
