18 may 2011 11:45

Manuel Skarlatake: Onlar üçün Azərbaycanın ən yaxşısı XL-dı

“Xəzər Lənkəran”ın müdafiəçisi Manuel Skarlatake Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Çempionatın son oyununa hazırlıqlarınız necə gedir?
- Bizim üçün çox vacib oyundu. Artıq oyuna hazırıq. Hətta deyərdim ki, çox yaxşı hazırıq. Biz həmçinin onu da başa düşürük ki, bu qarşılaşma bizdən əlavə azarkeşlərimiz üçün də vacib əhəmiyyət daşıyır. XL Azərbaycanın ən güclü klubu olduğunu sübut etməyə borcludu.

- Çətin ki, bunu edə biləsiz. Axı “Neftçi” artıq çempiondu...
- Azarkeşlər üçün bu, elə də böyük əhəmiyyət daşımır. Onlar üçün ən yaxşı bizik. “Neftçi”nin çempionluğuna gəlincə bəzi nüanslar var ki, mən indi onlardan danışmaq istəməzdim.
 
- Bu oyundan nə gözləyirsiz?
- Bizim nə dərəcədə motivasiyalı olduğumuz aydındı. Ancaq qələbə gözləyirik. Bu, bizim üçün şərəf anıdı. Digər tərəfdən bu oyuna Azərbaycan kubokunun final matçına hazırlıq gözüylə baxırıq. Yaxşı oynayıb göstərməliyik ki, həmin həlledici qarşılaşmaya da hazırıq.
 
- Çempion sizə qarşı heç də əsas heyətlə mübarizə aparmayacaq. Bu, sizin komanda üçün nə dərəcədə vacibdi?
- Bunun bizim üçün heç bir mənası yoxdu. Bizə qarşı başqa oyunçular yox, “Neftçi”nin futbolçuları çıxış edəcək. Buna görə də, oyundan sonra heç kim xatırlamayacaq ki, bizə qarşı hansı heyət oynayırdı. Özü də gənclərə qarşı oynamaq çətin olur. Axı onlar da özlərini göstərmək üçün əllərindən gələni edirlər.
 
- Amma həmin futbolçular “Qarabağ”la oyunda heç nə edə bilmədilər...
- Ona görə ki, ağdamlılar güclü idilər. Axı onlar da bizimlə birgə ikinci yer üçün mübarizə aparırlar. Yəqin ki, “Neftçi”nin gənclərində motivasiya da az idi. Amma bizə qarşı tam fərqli oynayacaqlarını düşünürəm.
 
- “Qarabağ” kimi rəqibinizi darmadağınla keçməyi düşünmürsüz?
- Mənim üçün hansı hesabla qələbə qazanmağın fərqi yoxdu. Əsas qələbədi. Martda biz onlara kifayət qədər qol vurmuşuq. Ona görə də artıq hamı bilir ki, biz “Neftçi”yə qol vura bilirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.