18 may 2011 11:55
Millimiz Qazaxıstanla oyun öncəsi itki ilə üzləşdi
Futbol üzrə Azərbaycan milli komandası qarşıdan gələn Qazaxıstan və Almaniya ilə AÇ-2012-nin seçmə oyunları öncəsi ilk itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, hazırda “Qarabağ”a məxsus olan, mövsüm bitən kimi isə “Bakı”ya keçəcək Elvin Məmmədov zədələnib.
Buna görə də o, Azərbaycan milli komandasının mayın 20-dən 28-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
