18 may 2011 00:04
XL-da Böyük oyun öncəsi ciddi itki
"Xəzər Lənkəran" Premyer Liqanın cari mövsümünün yekun turunun "Neftçi" ilə prinsipial oyununa itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun oyunçusu Rahid Əmirquliyev bu gün keçiriləcək "Böyük oyun"da iştirak etməyəcək.
Buna səbəb futbolçunun vərəqə limitini doldurması olub. "Bakı" ilə oyunun 90-cı dəqiqəsində Vüsal Əliyev tərəfindən cəzalandırılan Rahid bununla da mövsümün son oyununda iştirak etməkdən məhrum olub. Bugünkü oyunu tribunadan izləyəcək Əmirquliyev yalnız kubokun finalında meydana çıxa biləcək.
