18 may 2011 00:17
Qazaxıstan millimizlə oyun öncəsi kapitanını da itirdi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığması daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, qazaxlar millimizlə oyunda kapitan Andrey Kaproviçin də xidmətindən yararlana bilməyəcəklər.
Karpoviç son məşqlərin birində dizində ağrılar hiss etməyə başlayıb. Nəticədə Astana “Lokomotiv”inin futbolçusu müayinə olunub. Lakin müayinə zamanı məlim olub ki, futbolçunun əmliyyat olunmasına ehtiyac var. Qazaxıstan yığmasının 30 yaşlı kapitanı artıq buna görə Moskvaya yollanıb. Həkimlərin rəyinə görə, futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
