18 may 2011 12:21
Aleksandr Şoliç: Bizim itiriləsi heç nəyimiz yoxdu
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç cari mövsümün son oyunu olan “İnter”lə qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sonuncu oyunumuzda qələbə qazanıb, mövsümü major notda bitirmək istəyirik. Düzdü, qazanılacaq 3 xal bizim üçün heç bir məna kəsb etməyəcək. Amma mövsümü qələbəylə bitirmək pis olmazdı. Onu da qeyd etmək lazımdı ki, bizdən fərqli “İnter” üçün bu oyun vacib əhəmiyyət kəsb edir. Axı onlar dördüncü yer üçün vuruşurlar. “İnter” ötən mövsümün çempionudu, bu il kubokun finalına yüksəlib. Bütün bunlar onların gücündən xəbər verir. Heyətlərində çoxlu legionerlər var ki, evə yaxşı əhval-ruhiyyədə qayıtmaq istəyirlər. Lakin hər şeyə rəğmən biz sona kimi mübarizəmizi davam etdirəcəyik. Bizim itiriləsi heç nəyimiz qalmayıb. Odu ki, bizdən gərgin mübarizə gözləyin. Növbəti mövsümdə isə biz tam fərqli çıxış edəcəyik”.