18 may 2011 12:33
Nigar Camal hansı kluba azarkeşlik edir?
İngiltərə mətbuatı "Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olan azərbaycanlı müğənnilərdən biri - Nigar Camal ilə bağlı maraqlı fakt aşkarlayıb. Azerisport.az xəbər verir ki, onlar İngiltərədə yaşayan həmyerlimizin azarkeşlik etdiyi klubun adını müəyyənləşdiriblər.
Məlum olub ki, son "Eurovision" mahnı müsabiqəsinin qalibi olan Nigar Londonun "Tottenham" klubuna azarkeşlik edir. İngiltərə paytaxtının sakini olan həmyerlimizin "Tottenham"in heç bir ev oyununu qaçırmadığı və mütəmadi olaraq bütün görüşləri izlədiyi qeyd olunur.
