18 may 2011 21:55

Gümüş XL-ın oldu, AZAL avrokubok şansını saxladı (YENİLƏNİB)

Bu gün Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, cari mövsümün yekun turunun ilk oyun günündə birinci altılıq komandaları meydana çıxıblar.
 
Qapanış turunun ilk oyununda “Bakı” paytaxt derbisində “İnter”i qəbul edib. "Bankirlər" bu görüşdə qələbə qazanaraq, müvəqqəti də olsa, dördüncü pilləyə yüksəlib. Günün daha prinsipial qarşılaşmaları isə eyni vaxtda keçirilib. AZAL dördüncü pillədəki mövqeyini qaytarmaq üçün mütləq “Qarabağ”a qalib gəlməli idi. Ağdam klubu isə gümüş medal qazanmaq üçün 3 xal qazanmaq istəyirdi. Lakin onlar hesabı açsa da, sonda meydanı məğlub tərk ediblər. Nəticədə AZAL avrokuboklara getmək şansını saxlayıb. “Neftçi” isə “Xəzər Lənkəran”la münasətlərinə aydınlıq gətirib. Mövsümün son "Böyük oyun"u sülhlə bitib.
 
Premyer Liqa
32-ci tur
18 may
 
AZAL - QARABAĞ - 3:1 (2:1)
Qol: G.Adamiya, 12 (0:1), Mensur Limani, 42 (1:1), Mirko Bunyevçeviç, 44 (2:1), Enyo Krastovçev, 89 (3:1).
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
 
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Tərlan Xəlilov, Zohair Benouahi, Mensur Limani, Vüsal Qarayev, Mirko Bunyevçeviç, Enyo Krastovçev, Orxan Səfiyaroğlu.
QARABAĞ: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rauf Əliyev, Rəşad Sadıqov, Vüqar Nadirov, İlqar Qurbanov, Admir Teli, Ansi Aqolli, Georgi  Adamiya.
 
Oyun başladı
"Qarabağ" ərazi üstünlüyünü ələ almağa çalışır
5. Oyunda ilk sarı vərəqəni Enyo Krastovçev alır
7. İlqar Qurbanovun qapıya doğru zərbəsi qapıdan aralı keçir
12. R.Sadiqovun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Georgi Adamiya dəqiq zərbə ilə hesabı açır - 0:1
14. AZAL-ın hücumu... Kastovçevin zərbəsi və Fərhad topu dəf edir. Dönən topa daha bir zərbə zamanı isə top dirəkdən dönür
16. "Qarabağ" sürətli hücumlar qursada, nəticəsiz qalır
18. AZAL-ın hücumu zamanı Vüsal Qarayevin zərbəsi qapıdan aralı keçir
22. R.Əliyev V.Nadirovun ötürməsini qola çevirə bilmir
25. İ.Qurbanovun zərbəsi dəqiq olmur
26. R.Sadiqov da əlverişli vəziyyətdə dəqiq zərbə vura bilmir
27. R.Əliyev qapıçı ilə təkbətək qalır, lakin zərbəsi dəqiq olmur
42. Mensur Limani əla zərbə ilə hesabı bərabərləşdirir - 1:1
44. Mirko Bunyevçeviç meydan sahiblərini hesabda önə keçirir - 2:1
44. R.Əliyev daha bir 100 faizlik qol imkanını qaçırır: qapıçı ilə təkbətəki dəyərləndirə bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Adamiya az qala rəqibin bütün müdafiəçilərini geridə qoysa da, son zərbəni vura bilmir
50. Rəşad Sadiqovun zərbəsi qapı tirindən dönür
51. "Qarabağ"ın futbolçuları cərimə zərbəsini vurmaq şansını qaçırır
53. R.Əliyevin baş zərbəsi üstdən keçir
"Qarabağ" hesabı bərabərləşdirməyə çalışır
60. İlqar Qurbanovun əvəzində meydana Nderim Nedzipi çıxır
62. Rəşad Sadıqov hakimlə mübahisəyə görə sarı vərəqə alır
AZAL artıq oyunda hesabı qorumağa çalışır. "Qarabağ"ın oyunçuları isə buna görə hakimə etirazlarını bildirirlər
68. Nazim Süleymanov Tərlan Xəlilovun əvəzində meydana Q.Yuşkanı buraxır
73. Qonaqların hücumu zamanı Nedzipinin zərbəsi dəqiq olmur
78. "Qarabağ"da Namiq Yusifovu Andrey Rubins əvəzləyir
79. M.Bunyevçeviç sarı vərəqə alır
84. Admir Teli sarı vərəqə alır
85. Zohair Benouahi sarı vərəqə alır
89. Enyo Krastovçev qonaqların qapısından daha bir top keçirir - 3:1
Matç başa çatdı
 
 
NEFTÇİ - XƏZƏR LƏNKƏRAN - 1:1 (0:0)
Qollar: C.İmamverdiyev, 46 (1:0), J.Vobay, 47 (1:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Neftçi: Rauf Mehdiyev, Rail Məlikov, Yasin Hima, İqor Mitreski, Slavko Georgievski, Cavid Hüseynov, Bahodir Nasimov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid İmamverdiyev, Rəşad Abdullayev.
XL: Kamran Ağayev, Elnur Allahverdiyev, Dieqo Souza, Nikolae Musat, Elnur Abdullayev, Andrey Mureşan, Emeka Opara, Adrian Pit, Manuel Skarlatake, Uinston Parks, Julius Vobay.
 
Oyun başladı
6. İlk təhlükəli vəziyyəti XL yaradır. Parksın qapı ağzına təhlükəli ötürməsini A.Pit tirin altına göndərsə də, Rauf Mehdiyev əla reaksiya nümayiş etdirir
8. "Neftçi"nin künc zərbəsindən fərqlənmək cəhdi baş tutmur
13. E.Abdullayevin cərimə zərbəsi canlı səddən qayıdır
14. C.İmamverdiyevin zərbəsi K.Ağayev üçün elə də təhlükəli olmur
15. S.Georgiyevski K.Ağayevlə üz-üzə qalsa da, inanılmaz şəkildə topu qapıya göndərə bilmir
16. R.Abdullayevin qapıya zərbəsi dəqiq olmur
23. "Neftçi"nin daha bir künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
28. R.Abdullayevin uzaqdan qüvvətli zərbəsi dəqiq alınmır
39. E.Allahverdiyevlə C.Hüseynov arasında gərgin anlar
30. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərir
32. R.Abdullayev də kobud oyuna görə sarı vərəqə alan futbolçuların sırasına qoşulur
35. Oyun bir qədər sərt, hətta kobud məcrada davam edir. Hazırda Y.Hima zədələnib
39. R.Abdullayevin fərqlənməsinə K.Ağayev sayıq oyunu ilə mane olur
42. U.Park Y.Himaya qarşı kobud oynayır və buna görə sarı vərəqə alır
43. Onun bu kobudluğ futbolçular arasında yenidən gərginliyi artırır
45. B.Nasimovun qol vurmaq arzusunu son anda K.Ağayev onun gözündə qoyur
Birinci hissə başa çatır
İkinci hissə başladı
46. İkinci hissə başlayan kimi "Neftçi" hesabı açır - 1:0.
46. İrəliyə uzun ötürmə zamanı K.Ağayev topu tutmaq üçün cinaha irəliləsə də, B.Nasimov ondan öncə topa yetişib Cavidə ötürmə verir, sonuncu isə topu çərçivəyə yollamaqda çətinlik çəkmir
47. XL da qola qolla cavab verir. J.Vobay oyundaşından ötürməni qəbul edib, hesabı bərabərləşdirir - 1:1
48. Meydanda yenidən gərgin anlar yaşanmaqdadı
53. R.Abdullayev rəqibin cərimə meydançasına simulyasiyaya əl atdığına görə ikinci sarı vərəqə alaraq meydandan qovulur
57. XL-da Ruslan Poladov E.Abdullayevin əvəzində meydana daxil olur
65. "Neftçi"nin cərimə zərbəsi heç bir təhlükəyə səbəb olmur
68. B.Nasimov ciddi zədə alır və meydanın kənarında tibbi yardım göstərilir
71. XL-da E.Abdullayevi də Alim Qurbanov əvəzləyir
75. XL-da son əvəzləmə: E.Oparanı X.Kyaku əvəzləyir
76. "Neftçi"də isə C.İmamverdiyevin əvəzində meydana Ruslan Qurbanov çıxır
80. X.Kyaku C.Hüseynova qarşı kobudluq edir və gərginlik yaranır. Hakim XL-lı futbolçuya sarı vərəqə göstərir
81. R.Mehdiyev yenə əla reaksiya nümayiş etdirərək Kyakunun qola sevinməsinə imkan vermir
84. XL hesabda önə keçməyə yaxın olsa da, rəqib qapısı önündəki qarışıqlıqdan yararlana bilmir
88. R.Mehdiyev yenə rəqibin hücumu zamanı topa yiyələnərək, təhlükənin böyüməsinə imkan vermir
90. B.Nasimovu Amit Quluzadə əvəzləyir
Matç başa çatdı
 
 
BAKI – İNTER - 0:1 (0:1)
Qol: R,Əmiraslanov, 26 (0:1).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
2. Aleksandr Çertoqanovu cərimə meydançasına girmək istərkən kobudluqla dayandırırlar
3. Qonaqların yerinə yetirdiyi cərimə zərbəsi canlı cəddən dönür
7. "İnter" oyuna daha fəal başlayıb, "Bakı" isə hələ ki, müdafiə olunur
11. "Bakı"nın uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsini müdafiəçilər uzaqlaşdırırlar
15. Meydan sahibləri artıq oyunda tarazlıq yarada bilib və hücumlar təşkil edir
18. Marko Şarliya komandasını real qoldan xilas edir: Sağ cinahdan qapı qarşısına ideal ötürməni G.Karlsons başla qapıya ünvanlasa da da, qapıçı qola imkan vermir
23. Jaba hesabı açmağa yaxın olsa da, zərbə vurmağa gecikir və topu itirir
24. Boretsin zərbəsində azacıq dəqiqlik çatışmır
26. Qonaqları hücumu zamanı Asif Məmmədovun ötürməsinə Karlsons toxuna bilməsə də, Rövşən Əmiraslanov dəqiq zərbəylə hesabı açır - 0:1
35. Jabanın cərimə zərbəsi kifayət qədər təhlükəli olsa da, G.Lomaya komandasını qoldan xilas edir
36. V.Cavadov qol vurmağa yaxın olsa da, son anda Lomaya yenə əla reaksiya nümayiş etdirdi
44. Karlsonsun baş zərbəsi az qala ikinci qolu gətirəcəkdi. Son anda Şarliya komandasını qoldan xilas etdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra meydanda mübarizə daha çox orta sahə uğrunda gedir və qapılar önündə real təhlükə yoxdu
57. "Bakı"da birdən-birə iki əvəzləmə: Starkov Jabanı Vyaçeslav Sofroni, Bəxtiyar Soltanovu isə Ruslan Leviqa ilə əvəzləyir
58. "İnter"də isə Filip Despotovskini Vladimir Levin əvəzləyir
60. Qonaqların əks-hücumu zamanı qapıçının irəli çıxdığını görən Odikadze topu onun başı üzərindən tora göndərməyə çalışsa da, azacıq dəqiqlik çatışmır
63. "Bakı"da son dəyişiklik: Boretsi Mahmud Qurbanov əvəzlədi
64. Ramimin qüvvətli zərbəsini son anda Lomaya geri qaytara bilir
66. Odikadze qapıçıyla üz-üzə qalsa da, belə gözəl şansdan yararlana bilmir
72. "İnter"də A.Çertoqanovu Kaxaber Mjavanadze əvəzləyir
73. Sofroni qapıya zərbə endirsə də, Lomaya yerindədi
79. "İnter"in təhlükəli əks-hücumu zamanı müdafiəçilər "Bakı"nı qoldan xilas edirlər
85. V.Cavadovun yaxın məsafədən baş zərbəsində azacıq dəqiqlik çatışmır
90+1. Sofroninin uzaqdan zərbəsini son anda Lomaya tuta bilir
90+3. Arif Daşdəmirov oyunda sarı vərəqə alan ilk və yəqin ki, son oyunçu olur
Matç başa çatdı

Hesabat turunun qalan görüşləri sabah keçiriləcək: MOİK – Turan, Simurq - Gəncə, Qəbələ - Muğan.
 
1
Neftçi
32
19
10
3
53-17
67
2
Xəzər Lənkəran
32
16
12
4
38-18
60
3
Qarabağ
32
17
7
8
41-22
58
4
AZAL
32
13
10
9
36-28
49
5
İnter
32
13
10
9
29-24
49
6
Bakı
32
10
10
12
33-32
40
 
1
Qəbələ
31
12
12
7
29-17
48
2
Muğan
31
13
8
10
28-29
47
3
Gəncə
31
8
12
11
30-33
36
4
Turan
31
7
6
18
23-43
27
5
Simurq
31
3
7
21
16-49
16
6
MOİK
31
3
6
22
10-54
15
 
Bombardirlər:
18 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.