19 may 2011 17:51
Mövsümə məhsuldar vida (YENİLƏNİB)
Bu gün Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, cari mövsümün yekun turunun son oyun günündə ikinci altılıq komandaları meydana çıxıblar.
Artıq elitanı tərk etməsi dəqiqləşmiş komandalardan MOİK "Turan"nı, "Simurq" isə "Gəncə"ni qəbul edib. Lakin maraqlıdı ki, bu iki qarşılaşma formal xarakter daşısa da, son pillələrdə qərarlaşan komandalar birinci diviziona möhtəşəm qələbəylə yollanıblar. Özü də həm MOİK, həm də "Simurq" öncə qol buraxdıqdan sonra əzmkar qələbə qazanıb. "Qəbələ" ilə "Muğan" isə "Şəfa" stadionunda ikinci altılığın liderini müəyyənləşdirməli olub. "Qəbələ" daha bir qələbə qazanaraq, ilk pillədəki yerinin təsadüfi olmadığını isbatlayıb.
Premyer Liqa
32-ci tur
19 may
MOİK - TURAN - 4:1 (0:1)
Qol: Azər Məmmədov, 38 (0:1), Orxan Babayev, 47 (1:1), Comərd Baxşəliyev, 49 (2:1), Orxan Babayev, 70 (3:1), Natiq Əkbərov, 89 (4:1).
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
"Turan" hələlik oyununu müdafiədən qurmağa çalışır
Hələlik oyunda elə də ciddi təhlükəli vəziyyət yaranmayıb
"Hərbçilər" Tovuz klubuna nisbətən daha fəal görünür
Çox darıxdırıcı oyun keçir
38. Azər Məmmədov nəhayət ki, qonaqları hesabda önə keçirir - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Orxan Babayev hesabı bərabərləşdirir - 1:1
49. Comərd Baxşəliyev daha bir qol vuraraq, komandasına əzmkar qələbə qazandırır - 2:1
Vurğun Hüseynovun hesabı bərabərləşdirmək üçün əla şansı olsa da, dəyərləndirə bilmir
70. Orxan Babayev komandasının üçüncü, özünün ikinci qolunu vurur - 3:1
89. Natiq Əkbərov hesab arasındakı fərqi bir qədər də artırdı
Matç başa çatdı
SİMURQ – GƏNCƏ - 4:3 (1:2)
Qol: Samir Abdulov, 2 (0:1), Elçin Seyidov, 22 (0:2), Əli Bağırov, 44 (1:2),Tofiq Mikayılov, 48 (2:2), Elvin Yunusov, 64 (3:2), Əli Bağırov, 65 (4:2), Elxan Əzizov, 88 (4:3).
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
2. Samir Abdulov qonaqları erkən qolla hesabda önə keçirir - 0:1
Abdulovun qol vurmaq üçün daha bir imkanı olsa da, yararlana bilmir
22. Elçin Seyidov meydan sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
"Gəncə" aşkar üstünlüyə malikdi
44. Əli Bağırov hesab arasındakı fərqi azaldır - 1:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri ikinci hissəyə fəal başlayıb
48. Tofiq Mikayılov qonaqların qapısından daha bir top keçirərək, hesabı bərabərləşdirir - 2:2
"Simurq" az qala hesabda önə keçəcəkdi. Bağırova azacıq dəqiqlik çatışmır
64. Elvin Yunusov meydan sahiblərini hesabda önə keçirir - 3:2
65. Əli Bağırov qonaqların çaşqınlığından yararlanıb özünün ikinci, komandasının dördüncü qolunu vurur - 4:2
88. Elxan Əzizov hesab arasındakı fərqi azaldır - 4:3
Matç başa çatdı
QƏBƏLƏ - MUĞAN - 2:1 (1:1)
Qol: M.Hüseynov, 16 (0:1), Con Pelu, 38 (1:1), Y.Abuzərov, 87 (2:1)
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
"Qəbələ" oyuna daha fəal başlayıb
11. Murad Hüseynovun zərbəsi qapıdan yan keçir
16. M.Hüseynov qapı qarşısına ötürməni hamını qabaqlayaraq, tora qovuşdurur - 1:0
18. Tagim Novruzov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
24. D.Barton sarı vərəqə alır
26. "Muğan"ın hesabı bərabərləşdirməsinə qapı tiri mane olur. Con Peluya azacıq dəqiqlik çatışmır
Nominal qonaqların hesabı bərabərləşdirmək cəhdləri hələlik bəhrəsizdi
37. T.Novruzovun uzaqdan zərbəsi azacıq dəqiq olmur
38. Con Pelu əla hücumu qolla tamamlayır - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Muğan" fasilədən sonra daha üstün oyun sərgiləyir
65. Arif İsayev sarı vərəqə ilə cəzalanır
66. "Muğan"da Hüseyn Axundovu Sergey Çernışev əvəzləyir
68. "Qəbələ"də isə Arif İsayevin əvəzində meydana Nuran Qurbanov çıxır
69. Novruz Məmmədov sarı vərəqə alır
77. A.Kamara və Saşa Yunisoğlu eyni anda sarı vərəqə alan futbolçuların siyahısına qoşulur
78. Pərvin Paşayevi Rəvi Rəhmanov əvəzləyir
80. A.Qutyerresin təhlükəli hücumunun qarşısını Anar Nəzirov topu kornerə çıxarmaqla alır
86. Murad Hüseynovu Tərzin Cahangirov əvəzləyir
87. Yaşar Abuzərov müdafiəçilərin geri qaytardığı topu təkrar zərbəylə tora qovuşdurur - 2:1
90. Anar Nəzirov inanılmaz bir şəkildə topu düz xəttin üzərində dəf edərək, komandasını qoldan xilas edir
90+1. E.Hodziç də sarı vərəqə alır
Matç başa çatdı
Xatırladaq ki, hesabat turunun digər üç qarşılaşması dünən keçirilmişdi: Bakı – İnter - 0:1, AZAL – Qarabağ - 3:1, Neftçi - Xəzər Lənkəran - 1:1.
|
1
|
Neftçi
|
32
|
19
|
10
|
3
|
53-17
|
67
|
|
2
|
Xəzər Lənkəran
|
32
|
16
|
12
|
4
|
38-18
|
60
|
|
3
|
Qarabağ
|
32
|
17
|
7
|
8
|
41-22
|
58
|
|
4
|
AZAL
|
32
|
13
|
10
|
9
|
36-28
|
49
|
|
5
|
İnter
|
32
|
13
|
10
|
9
|
29-24
|
49
|
|
6
|
Bakı
|
32
|
10
|
10
|
12
|
33-32
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
32
|
13
|
12
|
7
|
31-18
|
51
|
|
2
|
Muğan
|
32
|
13
|
8
|
11
|
29-31
|
47
|
|
3
|
Gəncə
|
32
|
8
|
12
|
12
|
33-37
|
36
|
|
4
|
Turan
|
32
|
7
|
6
|
19
|
24-47
|
27
|
|
5
|
Simurq
|
32
|
4
|
7
|
21
|
20-52
|
19
|
|
6
|
MOİK
|
32
|
4
|
6
|
22
|
14-55
|
18
|
Bombardirlər:
18 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
