19 may 2011 00:56
Lille artıq çempion kimi
Fransa çempionatının 36-cı turundan təxirə salınmış iki oyun keçirilib. Azerisport.az xəbər verir ki, kubokun final matçı ilə əlaqədar oynanılmayan görüşlər çərçivəsində “Bordeaux” PSG-ni, “Lille” isə “Sochaux”nu qəbul edib.
Cari mövsümün çempionluğuna əsas namizəd olan “Lille” doğma meydanda qarşılaşdığı rəqibi ilə dueldə heç bir süprizə imkan vermədi və rəqibini minimal hesabla məğlub edərək, qızıl medalları böyük ölçüdə özü üçün təmin etdi. Artıq növbəti turda qazanılacaq 1 xal bu komandanın çempionluğunu rəsmiləşdirəcək. Günün digər matçında isə PSG səfərdə “Bordeaux”nun qonağı oldu. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Paris təmsilçisi bu yolda ciddi zərbə almış oldu.
Fransa çempionatı
36-cı turun oyunları
19 may
Bordeaux – PSG – 1:0
Qol: Diabete, 6-pen.
Lille – Sochaux – 1:0
Qol: Cervinyo, 53.
| 1 | Lille | 36 | 20 | 12 | 4 | 63 | - | 32 | 72 |
| 2 | Marseille | 36 | 18 | 12 | 6 | 58 | - | 35 | 66 |
| 3 | Lyon | 36 | 16 | 12 | 8 | 59 | - | 40 | 60 |
| 4 | Paris Saint Germain | 36 | 15 | 13 | 8 | 53 | - | 38 | 58 |
| 5 | Rennes | 36 | 15 | 11 | 10 | 36 | - | 30 | 56 |
| 6 | Sochaux | 36 | 15 | 7 | 14 | 55 | - | 41 | 52 |
| 7 | Lorient | 36 | 12 | 13 | 11 | 45 | - | 44 | 49 |
| 8 | Bordeaux | 36 | 11 | 15 | 10 | 41 | - | 40 | 48 |
| 9 | Saint Etienne | 36 | 12 | 12 | 12 | 44 | - | 44 | 48 |
| 10 | Montpellier | 36 | 12 | 11 | 13 | 32 | - | 40 | 47 |
| 11 | Auxerre | 36 | 9 | 19 | 8 | 43 | - | 39 | 46 |
| 12 | Valenciennes | 36 | 9 | 17 | 10 | 41 | - | 38 | 44 |
| 13 | Toulouse | 36 | 12 | 8 | 16 | 34 | - | 36 | 44 |
| 14 | Caen | 36 | 11 | 11 | 14 | 44 | - | 49 | 44 |
| 15 | Brest | 36 | 10 | 13 | 13 | 35 | - | 41 | 43 |
| 16 | Nice | 36 | 10 | 13 | 13 | 30 | - | 46 | 43 |
| 17 | Nancy | 36 | 11 | 9 | 16 | 37 | - | 48 | 42 |
| 18 | Monaco | 36 | 8 | 17 | 11 | 35 | - | 38 | 41 |
| 19 | Lens | 36 | 7 | 14 | 15 | 35 | - | 53 | 35 |
| 20 | Arles-Avignon | 36 | 2 | 11 | 23 | 19 | - | 67 | 17 |
