19 may 2011 13:07
Kamran Ağayev: Mən başa düşə bilmirdim ki, Xaqani Məmmədov niyə sevinir?
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun dünən keçirilən “Neftçi” ilə oyunundan sonra meydanda qalmasının və əzəli rəqibin çempionluğu bayram etməsini izləməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunun sadəcə bir səbəbinin olduğunu dilə gətirib:
“Mən sadəcə başa düşə bilmirdim ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov niyə sevinir”.
“Mən sadəcə başa düşə bilmirdim ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov niyə sevinir”.
