19 may 2011 13:34
Almanlar millimizlə oyun öncəsi daha bir itkiylə üzləşdilər
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığması daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Marsel Şmeltser də Bakıya gəlməyə bilər.
Buna Dortmund “Borussia”sında çıxış edən müdafiəçinin ayağından zədə almasıdı. Buna görə də həkimlər onun bir müddət istirahət etməsinin lazım gəldiyini vurğulayıblar. Hələlik, onun bərpa dövrünün nə qədər vaxt aparacağı isə dəqiq deyil.
Lakin böyük ehtimalla o, Bundestimin qarşıdakı Uruqvayla (29 may) yoldaşlıq matçını, eləcə də Avstriya (3 iyun) və Azərbaycanla (7 iyun) seçmə mərhələ oyunlarını buraxmalı olacaq.
