19 may 2011 01:38
Berti Foqts: İndi onları əsl sınaq gözləyir
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra azerisport.az saytının bəzi suallarını cavablayıb:
- “Neftçi” – “Xəzər Lənkəran” matçı xoşunuza gəldi?
- Oyun haqda danışmaq istəmirəm. Onsuz da onu hamı gördü. Sadəcə, “Neftçi”ni çempion olması münasibətilə təbrik etmək istərdim. Mövsüm ərzində onlar həqiqətən də qalan rəqiblərinin hamısındana yaxşı təsir bağışladı.
- Siz bu gün həm də “Bakı” – “İnter” matçını izləminiz. Həmin oyun barədə də heç nə demək istəmirsiz?
- Xeyr.
- Bəs Azərbaycanın avrokuboklardakı təmsilçilərinə nəyi arzu edərdiniz?
- Onlara ancaq uğurlar arzulaya bilərəm. İndi onları əsl sınaq gözləyir.
- Siz iki milli üzvü - Rail Məlikovla Elnur Allahverdiyev arasında yaranmış gərginlikdən xəbərdarsız?
- Bu, üç həftə öncə olmuşdu və artıq arxada qalıb. Yenidən keçmişə qayıtmaq istəməzdim. Münaqişə başa çatıb.
- Bu, üç həftə öncə olmuşdu və artıq arxada qalıb. Yenidən keçmişə qayıtmaq istəməzdim. Münaqişə başa çatıb.
- Oyununu izlədiyiniz milli üzvləri haqda nə deyərdiz?
- Hələlik onlardan danışmaq istəməzdim. Bizim tezliklə təlim-məşq toplanışımız start götürəcək və hər şeyə də orda aydınlıq gələcək.
- Hələlik onlardan danışmaq istəməzdim. Bizim tezliklə təlim-məşq toplanışımız start götürəcək və hər şeyə də orda aydınlıq gələcək.
- Yəqin ki, Almaniyadan sizə çoxlu zənglər gəlməkdə davam edir...
- Siz Evrovizion yarışmasını nəzərdə tutursuz? Mən ümumiyyətlə, öz nömrəmi gizli saxlamağa çalışıram. Buna görə zəng edənlər elə də çox deyil.
