19 may 2011 13:55

Kamran Ağayev: Bəzi şəxslər istisna olmaqla, Neftçi`ni təbrik edirəm

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 32-ci turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Oyunu necə dəyərləndirərdiz?
- Məni sevindirən odu ki, “Neftçi” artıq iki ildi bizə qalib gələ bilmir. Məncə, onlar bizdən zəifdilər və bunu nəticələr də göstərir. “Neftçi” belə oyunla bizə heç vaxt qalib gələ bilməz. Avrokuboklar onsuz da kimin nəyə qadir olduğunu göstərəcək.
 
- Sizə elə gəlmir ki, XL bir qədər ehtiyatlı oynayırdı. “Neftçi”nin daha çox qol şansı var idi...
- Ola bilər. Biz daha ehtiyatlı olmalıydıq. Onlar isə üstünlüyə malik deyildilər, sadəcə vaxt öldürürdülər. Meydanda uzanıb qalırdılar. Bu, futbol deyil.
 
- İkinci hissə başlayan kimi qol buraxmağınıza nə səbəb oldu?
- Daha vacib olan odu ki, qol buraxan kimi bunun əvəzini çıxa bildik. Bir qədər gec olsaydı, bunu etmək çox çətin olacaqdı. Amma hər halda bu, bizdə alındı.
 
- Amma istənilən halda sanki “Qarabağ”ın AZAL-a uduzduğunu eşitdiyiniz üçün ehtiyatlı idiniz...
- Xeyr. Şəxsən mən onların oyunundan xəbərsiz idim. Öz oyunumuz vaxtı başqaları haqda düşünməyi sevmirəm. Ancaq öz oyunumuzu düşünürdüm.
 
- Kuryoz qol buraxdığınıza üzüldünüz?
- Mən robot deyiləm və səhv buraxa bilərəm. Qol anı həqiqətən kuryoz alındı. Amma belə səhvlər daimi deyil. Fikrimcə, qalan dəqiqələrdə mən komandaya daha çox kömək etmiş oldum, nəinki mane.

- “Neftçi”nin çempionluğu haqda nə deyərdiz?
- Bəzi şəxslər istisna olmaqla, mən bu komandanı təbrik edirəm. Bu qələbə prezident Sadıq Sadıqovun qələbəsidi. Bu yolda çoxlu xərc çəkdi. Amma bunu etməyə də bilərdi. Başlıcası odu ki, gələcəkdə “Bakı”nın aqibətini yaşamasınlar.
 
- Oyundan sonra komanda yoldaşların meydanı tərk etsə də, siz qalıb “Neftçi”nin çempionluğu qeyd etməsini izləyirdiz. Niyə?
- Baxmaq istəyirdim. Orda bir çox artıq şəxslər var idi. Mən başa düşmürəm ki, məsələn, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov orda nə gəzirdi və nəyə sevinirdi?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.