19 may 2011 14:39
Nurbol Jumaskaliyev də millimizə qarşı oynamayacaq
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının ən yaxşı futbolçularından biri Azərbaycanla oyunda çıxış edə bilməyəcək. Azerisport.az xəbər verir ki, Astanada keçiriləcək qarşılaşmada qazaxlar Nurbol Jumaskaliyevsiz oynamalı olacaq.
Buna isə onun baş məşqçi Miroslav Beranek tərəfindən əsas komandaya dəvət olunmaması səbəb olub. Bu haqda açıqlama verən Astana “Lokomotiv”inin prezidenti Qriqori Loriya bildirib ki, baş məşqçinin milliyə çağırdığı bu klubun futbolçuları arasında Jumaskaliyevin adı yoxdu.
Lakin o, Nurbolun milliyə çağırılmamasının səbəbinin onun üçün də anlaşılmaz olduğunu bildirib. Maraq üçün xatırladaq ki, ötən DÇ-nin seçmə mərhələsində də mübarizə apardığımız qazaxlarla səfər oyununda millimizin qapısından yeganə qolu məhz bu hücumçu keçirmişdi və nəticədə qələbəni əldən vermişdik – 1:1. (Tengrinews.kz)
