19 may 2011 15:11
Neftçi təmizləmə işlərinə start verdi
Yeni Azərbaycan çempionu "Neftçi" artıq heyətdə təmizlik işlərinə start verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu qapıçısı Paulius Qribauskasla yollarını ayırıb.
Uzun müddət idi zədəli olan və komandaya kömək edə bilməyən litvalı qolkiper artıq komanda ilə vidalaşıb. Qribauskasın müqaviləsi başa çatdığı üçün klub rəhbərliyi anlaşmanın müddətini uzatmaq istəməyib.
Xatırladaq ki, Premyer Liqanın 12-ci turunda "İnter"lə oyunda zədələnən Qribauskas artıq 5 ay idi ki, müalicə olunurdu. Onun yenidən meydana dönməsi üçün 6 aya yaxın vaxt lazım idi. Qarşıda isə "Neftçi"nin Çempionlar Liqasında ağır mübarizə gözləyir. Belədə klub rəhbərliyi onunla vidalaşmaq və yeni qapıçı transfer etmək qərarına gəlib. Azərbaycan çempionu artıq qapıçı axtarışlarına başlayıb.
