19 may 2011 15:49

Starkov: Bakı`dan gedənlərin adları 2 həftə sonra açıqlanacaq

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın cari mövsümünün “İnter”lə son oyununun ardından azerisport.az saytının suallarını cavablayıb.
 
- Matçdan sonra boşa verilən mövsümə görə azarkeşlər qarşısında üzr istədiniz...
- Mən sadəcə rəhbərlk və futbolçular adından üzr istəməyə borclu idim. Mən bu kollektinin üzvüyəmsə, deməli mənim də daşığımız müəyyən cavabdehlik var. Baş məşqçi kimi təbii ki, mənim də günahım var və bunu boynumuzdan ata bilmərik.
 
- İki tur öncə AZAL-ı məğlub edə bilsəz də, “İnter”lə oyunda bunu bacarmadınız...
- Bunu etmək üçün çox istəkliydik. Lakin alınmadı. “İnter” mövsümün son oyununda bizdən daha istəkli oldu. Müxtəlif səbəblərdən bu görüşdə bütün istəkləyimizə nail ola bilmədik.
 
- Azərbaycanda keçirdiyiniz bu qədər müddət ərzindəki fəaliyyətiniz haqda nə deyərdiniz?
- Belə deyərdim: çempionatın səviyyəsi Azərbaycandan kənarda yaşayanların təsəvvür etdiyindən daha yüksəkdi. O, zəif görünsə də, əslində tam fərqli mənzərə var.
 
- Onda belə çıxır ki, siz də “Bakı”dakı işinizin daha asan olacağını düşünürmüşsüz?
- Mən bunu gözləmirdim. Mövsümün gedişində baş məşqçi dəyişən komandada işləmək heç vaxt asan ola bilməz. Baş məşqçi dəyişilirsə, deməli komandada problem var. Bu isə yeni baş məşqçinin də işinin çətinliyindən xəbər verir. Əlbəttə, məndə də hər şey alınmadı. Müxtəlif səbəblər var. Amma onlar daxili məsələlər olduğundan indi danışmaq istəməzdim.
 
- Mətbuat konfransında siz onu da dediniz ki, mövsüm bitsə də, məşqlərinizi davam etdirəcəksiz...
- Bu məşqlər elə də çox olmayacaq. Həftənin sonuna kimi Bakıda olacağıq. Ondan sonra futbolçulara fərdi tapşırıqlar veriləcək. Bu isə onların istirahət müddətində formalarını itirməmələri üçün lazımdı. Təbii ki, bu, ancaq komandada qalacaq futbolçulara aiddi.
 
- Komandada böyük dəyişiklilər olacaq?
- Komandadan kimlərin gedəcəyi haqda danışmaq istəmirəm. Bu, düz olmazdı. Hadisələri qabaqlamaq istəmirəm. İki həftədən sonra kimlərin qalıb, kimlərin gedəcəyi dəqiq məlumat alacaqsız.
 
- Vaqif Cavadovun icarə müddəti başa çatsa da, onunla yeni müqavilə bağlanılmayıb. Deməli, o, sizə lazım deyil?
- Burda hər şey mənim istəyimdən asılı deyil. Rəhbərlik də var və hərtərəfli danışıqlar olmalıdı.
 
- Artıq Elvin Məmmədovu heyətinizə qatmısız. “Qarabağ”ın başqa futbolçularıyla da maraqlanırsız?
- Hələlik biz heç bir oyunçu ilə güclənməmişik, məşqlərimizdə iştirak edən yoxdu. Əgər belə futbolçu yoxdusa, məşqçi nədən danışa bilər?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.