19 may 2011 16:25
Millimizin sabiq baş məşqçisi Moskva CSKA-sında
Azərbaycanın çimərlik futbolu üzrə milli komandasının sabiq baş məşqçisi Emil Cabbarov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, vaxtilə yığmamızı çalışdırmış bu mütəxəssis bundan sonra fəaliyyətini Moksvanın CSKA klubunda davam etdirəcək.
Rusiya çempionatının yeni mövsümündə “hərbçilər” ilk üçlükdə yer alaraq, medallardan birinə sahib çıxmağı hədəfləyirlər. Cabbarovun bu yolda paytaxt klubuna nə dərəcədə fayda verəcəyi hələlik dəqiq bilinmir. Maraq üçün xatırladaq ki, millimizin çalışdırıcısı vaxtilə Saratovun “Delta” klubunu da çalışdırıb.
