19 may 2011 17:00

Berti Foqtsla Rövnəq Abdullayev penalti vurdu (FOTOREPORTAJ)

Bu gün «Vətən» Futbol Məktəbinin AFFA və Təhsil Nazirliyi tərəfindən birgə inşa olunmuş yeni idman bazasının açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov, Mirkamil Rəhimov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və digər rəsmi şəxslər iştirak ediblər.
 
Tədbiri təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov açaraq iştirakçıları salamlayıb və yeni idman bazası barədə ətraflı məlumat verib. Təhsil naziri Misir Mərdanov çıxışında bildirib ki, bu idman bazasının istifadəyə verilməsi uşaq futbolunun inkişafı naminə AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarının yerinə yetirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.
 
Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: «Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq bir çox işlər görülür. Futbolun kompleks şəkildə inkişafı məqsədilə AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Uşaq futbolunun inkişafı məqsədilə AFFA-nın U-13, U-14, U-15, U-17, həmçinin U-16 qızlar Liqası təşkil olunub. AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt və Qəbələ şəhərlərində «Məktəbli kuboku» turniri keçirilir. Bu gün açılış mərasimi keçirilən idman bazasının inşa olunması AFFA ilə Təhsil Nazirliyi arasında futbolun inkişafı məqsədilə həyata keçirilən layihələrdən biridir. Uşaqların müasir tələblər səviyyəsində futbolla məşğul olması üçün bu bazada hər cür şərait yaradılıb. Ümid edir və inanıram ki, burada təhsil alan uşaqlar arasından gələcəkdə müxtəlif tanınmış klubların, həmçinin milli komandamızın heyətində çıxış edən futbolçular yetişəcək. Burada çalışan müəllim-məşqçi heyətinə və idmanla məşğul olan uşaqlara uğurlar arzulayıram».
 
Gənclər və idman naziri Azad Rəhimov respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən səviyyədə idman qurğularının inşasını və «Vətən» Futbol Məktəbinin yeni idman bazasının istifadəyə verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, ölkə idmanının inkişafına belə bir töhfə verdiyinə görə AFFA və Təhsil Nazirliyinə minnətdarlıq edib.
 
Çıxışlar başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini, İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov yeni idman bazasının meydançasında penalti zərbəsi vurublar.
 
Sonra idman bazasına baxış keçirilib. AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimov "Qonaqlar kitabı"na ürək sözlərini yazıblar.
Qeyd edək ki, «Vətən» Futbol Məktəbinin yeni bazasında eyni vaxtda 22 nəfər qala bilər. Bazada inşa olunmuş 90x50 m. ölçülərinə malik stadionun azarkeş tutumu 500 nəfərdir. Burada 6 paltardəyişmə otağı, qazanxana, trenajor zalı və sauna inşa olunub. Uşaqların valideynləri üçün ayrıca kafe-çayxananın fəaliyyət göstərdiyi bazada xüsusi mühafizə sistemi də quraşdırılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.