19 may 2011 17:29
Abışov Almaniya ilə oyundan sonra Kölnə yollana bilər
Almaniyanın “Cologne” klubunun meneceri Fale Ramadani Premyer Liqanın 32-ci turunun dünən keçirilən “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı oyundan sonra vətəninə yollanıb. Azerisport.az xəbər verir ki, o, iş başında görmək istədiyi millimizin və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov haqda təmsil etdiyi klubun məşqçilər korpusuna məlumat verəcək.
Futbolçumuzun xidmətində maraqlı olan Almaniya klubu onu Köln təmsilçisinin məşqlərinə dəvət etmək istəyirlər. Bunun üçün isə onlar millimizin qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələ oyunlarını gözləmək məcburiyyətindədilər. İyunun 3-də Qazaxıstanla qarşılaşacaq millimiz ayın 7-də də Almaniyanı qəbul edəcək. Ruslan Abışovun sözügedən ölkəyə səfəri də məhz bundan sonra gerçəkləşə bilər.
