19 may 2011 18:38
“Mövsümü qələbəylə bitirmək istəsək də, alınmadı”
“Muğan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı 1:2 hesablı məğlubiyyətlə üzləşdikləri qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mövsümü qələbə ilə başa vurmaq istəyirdik, lakin alınmadı. Topa daha çox biz nəzarət etsək də, rəqib qol imkanlarından lazımınca yararlana bildi. “Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm. Artıq bütün fikrimizi gələn mövsümə yönəldəcəyik”.
