19 may 2011 18:43
Stivens mövsümdəki son qələbədən danışdı
“Qəbələ”nin məşqçisi Qari Stivens Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Muğan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun çalışdırıcısı 2:1 hesablı qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Rəqib topa daha çox nəzarət edirdi. Buna baxmayaraq, oyunu qələbə ilə başa vura bildik. Bu oyunda gənc futbolçulara da şans verdik. “Muğan” komandasına gələcəkdə uğurlar arzulayıram”.
