19 may 2011 19:05
Mehman Allahverdiyev: Bu oyun heç bir ciddi əhəmiyyət daşımırdı
“Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Simurq” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə şəhərinin eyni adlı klubunun çalışdırıcısı 3:4 hesablı məğlubiyyətlə üzləşdikləri qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu oyun həm bizim üçün, həm də “Simurq” üçün heç bir ciddi əhəmiyyət daşımırdı. Buna görə də qərara gəldik ki, gənc oyunçularımıza şans verək. Əsas heyətdə əvəzedicilərə şans vermişdik ki, onları iş başında yoxlamaq istəyirdik. Birinci hissəyə yaxşı başlamışdıq. Hətta fasiləyə 2:1 hesabıyla öndə yollandıq. Amma sonradan gənclərdə yorğunluq özünü göstərməyə başladı. Axı onlar dünən əvəzedicilərin çempionatında da oyun keçirmişdilər. Hər halda “Bakı” ilə səfər oyunu onların çıxışına təsir ötüşmədi. Artıq növbəti mövsümün hazırlıqlarına başlamalıyıq”.
