19 may 2011 19:10
Böyükağa Ağayev: Fasilədə uşaqlara dedim ki...
“Simurq”un məşqçisi Böyükağa Ağayev Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Gəncə” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 4:3 hesablı əzmkar qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu oyun turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməsə də, biz azarkeşlərimiz üçün mütləq qələbə qazanmaq istəyirdik. Oyun bizim üçün heç də yaxşı başlamadı. İki erkən qol buraxdıq. Amma yaxşı ki, fasiləyə kimi 1 qol vura bildik. Fasilədə də uşaqlara dedim ki, azarkeşlərin xatirinə oynamaq, qələbə qazanmaq lazımdı. Görünür aparılan söhbət təsirini göstərdi və fasilədən sonra hər şey bizim xeyrimizə dəyişdi”.
